Bakıda gənc cüdoçunu öldürən şəxs belə saxlanıldı - video

Xəbər verdiyimiz kimi, noyabrın Bakıda, Şağan Olimpiya Kompleksində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Sosial şəbəkələrdə Turan Rüstəmovu öldürən şəxsin saxlanılmasının görüntüləri yayılıb.

Qeyd edək ki, tərəflərin mübahisəsinə isə Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.

Cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

Onu da əlavə edək ki, hadisə “Arifoğlu” cüdo klubunun sözügedən Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turniri zamanı baş verib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ