Bakıda ata iki yaşlı oğlunu bıçaqladı

Bakıda ata iki yaşlı oğlunu bıçaqlayıb. Hadisə noyabrın 23-də Səbail rayonunda qeydə alınıb. 

Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi Elşad Hacıyev bildirib ki, 32 yaşlı Yevlax sakini Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. 

S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb. 

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ