Gəncədə kişi övladının önündə həyat yoldaşının gözlərini çıxarıb

Gəncə şəhərində kişi həyat yoldaşının gözlərini çıxarıb, sonra isə intihar edib. Bütün bunlar isə onların qız övladının gözü qarşısında baş verib.

“Report”un məlumatına görə, axşam saatlarında Üzeyir Hacıbəyli küçəsində yerləşən evlərin birində 1965-ci il təvəllüdlü Səttar Cəlilov həyat yoldaşı - 1982-ci il təvəllüdlü H.Quliyevanın qollarını bağlayıb, daha sonra hər iki gözünü bıçaqla çıxarıb. Bu əməlin ardınca onun özünün ürək nahiyəsinə bir bıçaq zərbəsi vuraraq intihar etdiyi deyilir.

Bütün bunlar isə onların qız övladının gözü qarşısında baş verib.

Ailənin 9-cu sinifdə oxuyan oğlu isə hadisədən bir neçə dəqiqə öncə atası tərəfindən dükana göndərildiyi bildirilir.

Qeyd edək ki, cütlük bir müddət küsülü olub. S.Cəlilov bir müddət öncə cərrahi əməliyyat olunduğundan qadın ona baxmaq üçün yenidən evinə qayıdıbmış.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və olayla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ