“Bu gün Azərbaycanda dindar şəxslər banklara o qədər meyl göstərmirlər. Bu, faiz məsələsi ilə bağlıdır”.
Bunu Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov deyib.
Millət vəkili qeyd edib ki, buna görə də dindar insanlarımız öz pullarını bəzi islam ölkələrində, islam qaydaları ilə fəaliyyət göstərən banklara qoyurlar:
“Bu da bizim investisiyanın xaricə çıxarılması ilə nəticələnir. Bu gün Azərbaycanda dinə meyl artıb. Buna görə də Azərbaycanda da dini qaydalarla işləyən investisiya şirkətlərinin olması vacibdir”.