Fəlakət: Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını kəskin azaldır

Rusiya, Səudiyyə Ərəbistanı və digər istehsalçılar OPEC+ iclasında neft hasilatının kəskin azaldılmasını elan etməyi planlaşdırır.

Bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.

İxtisarın ölçüsü hələ razılaşdırılmayıb. Səudiyyə Ərəbistanı və Rusiya hasilatı bir-iki milyon barel və ya daha çox azaltmaq niyyətindədirlər. Nəşr hesab edir ki, hasilatı bir neçə ay ərzində mərhələli şəkildə və mövcud istehsal hesabına azaltmaq olar.

Öz növbəsində CNN yazır ki, ABŞ prezidenti Co Bayden administrasiyası son günlər Yaxın Şərqdəki müttəfiqlərini, o cümlədən Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini OPEC+ toplantısında neft hasilatının azaldılmasına qarşı səs verməyə inandırmağa çalışır. Ağ Ev hasilatın azaldılması perspektivini “fəlakət” və “düşmən hərəkəti” adlandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ