OPEC+ neft hasilatını azaldır

OPEK və təşkilata qoşulan ölkələr neft hasilatının sutkada 1 milyon bareldən çox azaldılmasını müzakirə edirlər, bu barədə aparıcı dünya mediası xəbər verir.

Bildirilir ki, həm dünyanın aparıcı iqtisadiyyatları, həm də inkişaf etməkdə olan ölkələrin tənəzzülə doğru sürüşməsi nəticəsində istehsalçı ölkələr bazarda artıq təklifin formalaşmasından ehtiyat edirlər.

Bu mesajlardan sonra Asiya ticarətində neft 2,7% bahalaşıb, Brent bir barel üçün 87,4 dollara satılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ