Hökumət bahalaşan məhsullarla bağlı qərar qəbul etdi

Azərbaycandan soğan və kələmin ixracına gömrük rüsumu tətbiq edilib.

Buta.media-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Qərarla 2019-ci il aprelin 30-dək ölkədən 1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 ABŞ dolları, mayın 31-dək isə ölkəyə 1 kq şalot soğanın və ağbaş və qırmızıbaş kələminə idxalına 2 ABŞ dolları gömruk rusumu tətbiq edilir.

Bununla da, Nazirlər Kabineti son zamanlar qiyməti sürətlə artmaqda olan məhsulların ölkədən çıxarılmasına faktiki olaraq mane olmağa çalışıb.

Qeyd edək ki, son aylar ölkədə soğan və kələmin qiymətində kəskin artım qeydə alınmı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ