Bolqarıstan Azərbaycandan qaz tədarükünü illik iki milyard kubmetrə çatdırmağı planlaşdırır.
Bunu ölkənin iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov deyib.
O, həmçinin bildirib ki, elektrik enerjisi müqabilində qazın verilməsi məsələsi müzakirə olunur.
“Onlar bizə ənənəvi tərəfdaş kimi cənub qaz dəhlizinin gələcək genişləndirilməsindən əlavə qaz payı verməyi təklif etdilər. Bu o deməkdir ki, biz Azərbaycanla uzunmüddətli müqavilə əsasında hər il 2 milyard kubmetr qaz ala biləcəyik ki, bu da ehtiyacımızın təxminən 60 faizini ödəyəcək”, - Stoyanov izah edib. Onun sözlərinə görə, qaz tədarükünün həcmini 3-4 il ərzində artırmaq olar.
Bundan əlavə, Sofiya qaz müqabilində Bakıya elektrik enerjisi tədarükü təklif edib. Bu barədə danışan Stoyanov vurğulayıb ki, Bolqarıstan elektrik enerjisi istehsalçısıdır və onu ixrac edir, Azərbaycan isə qazdan elektrik enerjisi istehsal edir.
“Belə bir imkan var, bu, prinsipcə təsdiqlənib. Əgər biz onları elektrik enerjisi ilə təmin edə bilsək, bu elektrik enerjisini istehsal etmək əvəzinə, qənaət etdikləri qazı bizə verəcəklər”, - nazir bildirib.