Mərkəzi Bank kart sahiblərinə xəbərdarlıq etdi

Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahiblərinin “Whatsapp” platforması üzərindən Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət etməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılıb.

Bu barədə AMB-nin açıqlamasında bildirilir.

“Bildirilir ki, yayılan məlumatlar həqiqəti əks etdirmirVətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda III şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız AMB-nin internet səhifəsi və yaxud sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ