Dollar son 20 ilin ən yüksək həddinə çatıb

Sentyabrın 1-də ABŞ dollarının digər altı əsas valyutanın səbətinə nisbətini əks etdirən DXY indeksi hərraclarda 109,81 bəndə yüksəlib. Bu, 2002-ci ildən bəri 20 il ərzində ən yüksək göstəricidir.

Amerika valyutasının möhkəmlənməsi avqustun sonundan davam edir. Buna səbəb Mərkəzi Bankın funksiyalarını yerinə yetirən ABŞ Federal Ehtiyat Sisteminin (FRS) rəhbərinin bu yaxınlarda verdiyi açıqlama olub.

Belə ki, Cerom Pauel aqressiv pul siyasətini davam etdirmək niyyətində olduğunu açıqlayıb. O, tənzimləyicinin inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini artırmağa davam etməyə hazır olduğunu bildirib. Eyni zamanda, onun fikrincə, faiz iqtisadi aktivliyi məhdudlaşdıran səviyyəyə çatmalı və bir müddət bu səviyyədə qalmalıdır ki, istehlak qiymətlərinin artım tempi aşağı düşsün.

FED-in ardınca Avropa Mərkəzi Bankı da uçot dərəcəsini artırmaq barədə düşünüb. Tənzimləyici sentyabr ayında keçiriləcək iclasda dərəcələrin 75 baza bəndi artırılmasını nəzərdən keçirməyə hazırdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ