Uşaq pulu bərpa edilir – MƏBLƏĞLƏR

Uşaq pulunun bərpa edilməsi ilə bağlı təkliflərimizi də artıq hökumətə təqdim etmişik.

 

Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov öz facebook hesabında yazıb.

 

Ekspert qeyd edib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) zaman-zaman müxtəlif mövzularda hökümətə təkliflər təqdim edib və onların bir qisminə müsbət rəy verilib.

 

“Təklif etidyimiz mexanizmə görə, uşaq pulunun məbləği 3 yaş qruplarına görə qruplaşdırılır. 3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaq pulunun məbləği 50 milyon 752 min manat edir.

 

Digər differensial uşaq pulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşqaları əhatə edir. Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdır.

 

Digər uşaq pulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq uşaq pulun məbləği 58 milyon 512 min manat edir”.

 

Ekspert bildirib ki, bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat edir:

 

“Bu illik 1 milyard 612 milyon manat deməkdir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ