Bu gündən Azərbaycanda uşağın anadan olmasına görə sosial müavinətin məbləği 200 manata çatdırılıb.
Buta.media-nın məlumatına görə, bu, prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı Sərəncamda qeyd olunub.
Belə ki, prezidentin 25 fevral 2019-cu ildə imzaladığı sərəncam bu gündən etibarən qüvvəyə minir.
Qeyd edək ki, bu məbləğ bundan əvvəl 109 manat təşkil edirdi.