Gündəlik ən çox istifadə edilən ərzaqlardan olan yumurtanın qiyməti ucuzlaşıb. Qiymətin aşağı düşməsi4-5 qəpik arası müşahidə edilir. Belə ki, bir həftə əvvəl 12-13 qəpiyə satılan yumurtanın qiyməti indi 7-8 qəpiyədir.
Buta.media-nın məlumatına görə, Xəzər xəbər quşcular cəmiyyətindən ucuzlaşmanın səbəbini öyrənib.
Quşçular cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, bayramdan sonra yumurtaya tələbat azalıb. Ucuzlaşmaya səbəb istehsalın çox, tələbatın isə az olmasıdır. Buna görə istehsalçılar eyni həcmdə yumurtanın qiymətini endirməyə məcbur olublar.