Rusiya və Türkiyə rublla ticarətə keçmək barədə razılığa gəliblər

Rusiya və Türkiyə rubl valyutasında ticarətə keçmək barədə razılığa gəliblər. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, bu, “Moskva və Ankaraya pul gətirəcək”. Ərdoğan əlavə edib ki, o, rusiyalı həmkarı ilə Türkiyədə “Mir” kartından istifadə məsələsini müzakirə edib və bu məsələdə ciddi irəliləyiş var – ölkədə beş bank bunun üzərində işləyir.

Dövlət başçısı qeyd edib ki, Ankara Türkiyə Respublikasına sərmayə qoymaq istəyənlərə hər cür dəstək göstərir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ