Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb - foto

Azərbaycan Mərkəzi Bankı yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb.

Bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Yenilənmiş metal pul nişanlarının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılıb.

Bildirilir ki, yenilənmiş metal pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ