"Diqlas"-da malları yanlara pul ödənilməməlidir: Milyonlar qazanıblar

"Diqlas" Ticarət Mərkəzinin sahibləri o mərkəz yaranandan bu günə qədər nə qədər icarə toplayıb, neçə milyon qazanıblar? Niyə sığortalatmayıblar obyekti? Mağaza sahibi niyə sığortalatmır?

 
Buta.media-nın məlumatına görə, bunu ictimai fəal Bəxtiyar Hacıyev öz facebook hesabında yazıb.
 
Onun sözlərinə görə, yanğında maaları yanan şəxslər heçdə kasıb deyil:
 
"Mağaza sahiblərindən biri deyir ki, 86 min dollarlıq malım yanıb içəridə. 86 min dollar malı olan "kasıb-kusub" deyil, sahibkardır. Sahibkar isə məsuliyyətini dərk edib, sığorta etdirməli idi. O 86 min dollar şişə-şişə (bir az sahibkarlar arasında, bir az komissiyada, bir az yuxarıda) axırda gəlib 180 min dollarlıq zərər kimi oturacaq dövlət büdcəsinin başında.
 
İndi əsil kasıbların təhsilinə, səhiyyəsinə, sosial təminatına xərclənməli olan pullar hansısa keçmiş nazirin oğlunun, dövlət büdcəsindən mənimsəmələr hesabına qurduğu və milyonlar qazandığı obyektinin məsuliyyətsizliyi nəticəsində zərər çəkmiş sahibkarlara veriləcək".

Qeyd edək ki, prezident İlham Əliyev göstəriş “Diqlas”dakı yanğınla bağlı göstəriş verib. Belə ki, “Diqlas”da malı yanan sahibkarlara pul ödəniləcək

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ