Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə təyinat olub.
Buta.media xəbər verir ki, AMB-nin sədri Taleh Kazımovun əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.
O, tənzimləyici qurumun komandasına bu il iyunun 1-dən qoşulub və sədrin müşaviri vəzifəsində çalışıb.
Gülər Paşayeva daha əvvəl “Paşa Bank”da çalışıb. Orada kassir kimi fəaliyyətə başlayıb, departamentinin direktoru vəzifəsinə qədər yüksəlib. Bu il iyunun 1-dən isə Mərkəzi Banka keçib.