Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib.
“Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək.
Qeyd olunur ki, “Aİ-95” premium markalı benzin ölkəmizdə istehsal olunmadığı üçün xaricdən idxal edilir. Qiymət artımı məhsulun idxal dəyərinin artması ilə əlaqələndirilir.
Xatırladaq ki, buna qədər “Aİ-95” premium markalı benzinin litri 1,6 manatdan satılırdı.