Azərabycanda balıq ovu kəskin azaldıldı

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 33 faiz azaldılıb.

 
Buta.media-nın məlumatına görə, Nazirlər Kabinetinin 18 mart 2019-cu il tarixli qərarı ilə təsdiqlənən “2019-cu il üçün “Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”sına əsasən  Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 2 min 327,6 tondur.
 
Bu, 2018-ci illə müqayisədə 33 faizə qədər azdır. Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il  tarixli qərarı ilə təsdiqlənən  “2018-ci il üçün Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”sına əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 3 min 455 ton olub.

Qeyd edək ki, bu su obyektlərinə Kür və Araz çayları, Mingəçevir, Şəmkir, Yenikənd, Varvara və Araz su anbarları, Sarısu və Candar gölləri, Baş Şirvan və Baş Mil-Muğan  kollektorları, Dəvəçi limanı və bir sıra rayonlardakı axmazlar daxildir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ