Rusiyada Azərbaycanın 234 ton pomidoru saxlanıldı - Virus aşkarlanıb

Rusiyanın Həştərxan vilayətində “Rosselxoznadzor”un əməkdaşları fitosanitar nəzarəti həyata keçirərkən qəhvəyi qırış virusuna yoluxmuş pomidor partiyasını müəyyən ediblər.

Buta.media Rusiya KİV-ə istinadən xəbər verir ki, keçirilən entomoloji ekspertiza pomidorda insanlar üçün təhlükəli virusun olduğunu təsdiqləyib.

Bildirilir ki, virusa yoluxmuş pomidor partiyası Həştərxana Azərbaycandan göndərilib və yükün ümumi çəkisi 240 tondan artıqdır.

Qeyd edək ki, pomidorların infeksiyaya yoluxması qırışmış toxumanın xarakterik sahələri ilə müəyyən edilir, lakin infeksiyanın təzahür dərəcəsi məhsulun növündən asılıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ