Azərbaycan otelləri yarı boş qalıblar.
Buta.media-nın məlumatına görə, bu barədə Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbəri Nahid Bağırov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, zərərləri qarşılamaq üçün yayı gözləyirlər. Onlar ümid edirlər ki, yayda daha çox turistlər gələcək.
"Azərbaycanın turizm səviyyəsi bir neçə il bundan əvvəl başladığı yerə qayıdıb" - Bağırov deyib.
Gözlənilirdiki, Novruz bayramı ərəfəsində turistlərin sayı çoxalacaq. Əsasən də İrandan, lakin bu il belə olmadı, iranlı turistləri görmək mümkün deyil. Həmçinin ərəbləri də.
Bağırovun sözlərinə görə, iranlıların Novruz bayramı üçün Bakıya gəlməməsinin bir çox səbəbləri var.
Onlardan biri İslam Respublikasının iqtisadi vəziyyəti. 2018-ci ilin əvvəlindən etibarən, İranda milli valyutanın devalvasiyası baş verib.
Digər səbəblərdə biri, bu gün, otel rəhbərləri yalnız yüksək qiymətlər barədə düşünürlər, lakin məsələnin mənəvi hissəsini tamamilə unudurlar. Paytaxtımızın qonaqları müxtəliflik və əyləncə tələb edirlər. Onlar bayram atmosferi hiss etməlidirlər.
Həmçinin Bağırovun sözlərinə görə, dövlət statistika komitəsinin rəqəmləri həqiqəti əks etdirmir. Çünki, əsasən Gürcüstan və Rusiyadan gələn turistlər turist deyil, ancaq qohumları ziyarət etmək üçün Azərbaycana mütəmadi olaraq qayıdan etnik azərbaycanlılardır.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi ərəb turistlərini Azərbaycana qaytarmağı vəd edir. Xüsusən yaxın gələcəkdə iki hava yolu şirkəti Azərbaycana birbaşa uçuşlar başlayıb.