“Lukoyl”da Ələkbərovu əvəzləyəcək şəxs məlum oldu

“Lukoyl”da Vahid Ələkbərovu əvəz edəcək şəxsin kimliyi məlum olub.

Buta.media-nın xəbərinə görə, bundan sonra şirkətin rəhbəri vəzifəsini müvəqqəti olaraq Vadim Vorobyov icra edəcək.

Vorobyov 20 ildən artıqdır ki, şirkətdə çalışır. Bunadək o, şirkətin birinci icraçı vitse-prezidenti idi.

Qeyd edək ki, Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərov bu gün “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk etdiyini açıqlayıb.

“Müvafiq istefa ərizəsi bu gün şirkətin Direktorlar Şurasının sədrinə göndərilib” - “Lukoyl”dan bildirilib. 

Ukraynada hərbi əməliyyatlar başlamasından sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan ən çox zərərçəkən şirkətlərdən biri də “Lukoyl”dir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ