Siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi qaldırıldı - Qiymətlər bahalaşacaq

Azərbaycanda bu gündən tərkibində tütün, eləcə də tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün aksiz dərəcəsi 43,0 manatdan 46,5 manata qaldırılıb.

Buta.media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 14 mart tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Qərar dərc edildiyi gündən 30 gün sonra, yəni aprelin 14-də qüvvəyə minir.

Aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırılıb.

Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin aksiz dərəcəsi isə bir kq üçün 30 manat olacaq.

Qəlyan və onların əvəzedicilərinin bir ədədi üçün isə aksiz dərəcəsi 0,25 manat müəyyənləşdirilib.

Bundan əlavə Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri artırılıb.

Qərara əsasən, denaturasiya olunmamış etil spirti üçün (80 həcm faiz və ya çox spirt qatılığı ilə, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti) aksiz dərəcəsi 1 litr üçün 5,2 manatdan 6 manata qaldırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ