Dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin işçilərinin, habelə hakimlərin sosial təminatının yaxşılaşdırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması fəaliyyətinin gücləndirilməsi məqsədilə həmin şəxslərin əməkhaqlarının mərhələlərlə artırılması üzrə tədbirlərin davam etdirilməsi, bununla bağlı təkliflər hazırlanması planlaşdırılır.
Buta.media xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planında əksini tapıb.
Məsələnin əsas icraçısı Nazirlər Kabinetidir.
Digər icraçıların Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi olması nəzərdə tutulub. Məsələnin icrası məqsədilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Ali Məhkəmə, Baş Prokurorluğa da tövsiyə verilib.