Son günlər Dövlət Gömrük Komitəsinin (DGK) bəzi əməkdaşlarının maaşlarının gecikməsi ilə bağlı məsələlər müzakirə mövzusudur
Gömrük əməkdaşları üç aydır maaşlarını ala bilmədikləri üçün narazılıqlarını ifadə etmişdilər.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən DGK-nin mətbuat xidmətinin rəhbəri Natiq Axundov artıq problemin həll olunduğunu bildirib.
O qeyd edib ki, artıq narahatlığa bir əsas yoxdur. "Həmin işçilərin hər birinin maaşı artıq verilib", - deyə N.Axundov bildirib.
Məsələyə münasibət bildirən DGK sədri Şahin Bağırov problemin bəzi texniki məsələlərlə bağlı olduğunu vurğulayıb.