Son bir ayda paytaxtda ətin qiymətində artım müşahidə edilir.
Bu barədə “ATV” sujet hazırlayıb.
Bildirilib ki, əvvəlki aylarla müqayisədə mal ətinin qiymətində 1, quzu ətinin qiymətində isə 2 manat fərq var.
Qəssabların sözlərinə görə, buna səbəb heyvan qıtlığının olmasıdır: “Dana əti əvvəl 15 manat idi, indi 16 manat olub, quzu ətinin qiyməti isə 20-24 manat arasında dəyişir.
Bildirilib ki, qiymət artımı bölgələrdə də olub. Fərq 50 qəpiklə müşahidə edilib.