Ukrayna Azərbaycandan qaz tranzitinə hazırdır - Zelenski

Ukrayna təbii qazın Azərbaycandan Avropaya tranzitinə hazırdır və razılıq əldə olunarsa, yaxın vaxtlarda saziş imzalana bilər.

Bunu Ukrayna prezidenti Vladimir Zelenski Moldova prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında deyib.

“Biz öz infrastrukturumuzdan Azərbaycan qazının tranziti üçün istifadə edə bilərik”, deyə Zelenski vurğulayıb.

O bildirib ki, siyasi iradə olarsa, müqaviləni tez bir zamanda imzalamaq mümkün olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ