“BP-Azərbaycan” “Şahdəniz”də yeni platforma tikmək planlaşdırır

“BP-Azərbaycan” şirkəti “Şahdəniz” qaz yatağında yeni platforma inşa etməyi planlaşdırır. Bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı açıqlama verib.

Onun sözlərinə görə, yeni platformanın tikintisi layihəsi gələn həftə ictimaiyyətə təqdim ediləcək və fevralın üçüncü həftəsində platformanın tikintisinin ətraf mühitə təsirinin qiymətləndirilməsi hesabatı ilə bağlı ictimai dinləmələr keçiriləcək.

Tamam Bayatlı bildirib ki, yekun maliyyə qərarı (FID) bu il qəbul ediləcək.

“Platforma insan iştirakı olmadan fəaliyyət göstərəcək. “Alpha” və “Bravo” platformalarından aşağı təzyiqli qaz burada toplanacaq və təzyiq artdıqdan sonra Səngəçal terminalına yönləndiriləcək”, deyə o əlavə edib.

Yeni platformanın tikintisi üçün milyardlarla investisiya tələb olunacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ