Azərbaycan nefti 10 dollaradək bahalaşıb

Martın 7-də dünya bazarlarında keçirilən hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 9,93 ABŞ dolları, yaxud 8,36 % artaraq 128,71 ABŞ dollarına çatıb.

Buta.media xəbər verir ki, Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 130,05 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 9,82 dollar/barel çoxdur.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ