Fevral ayından Azərbaycanda daha bir müavinətin məbləği artırılır

Fevral ayında minimum pensiya məbləği artırılaraq 280 manatdan 320 manatadək çatdırılacaq. Aşağı pensiyalarda 14.3 faizlik artım orta pensiya məbləği ilə yanaşı dəfn üçün müavinətin məbləğinə də təsir göstərəcək.

Bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.

O bildirib ki, dəfn üçün müavinət dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişini alan və sığortaolnan şəxslərə də ödənilir Mövcud qanunvericiliyə əsasən sığortaolunan şəxs vəfat etdikdə - 500 manat, əmək pensiyaçıları vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində ödəniş edilir.

“Bu o deməkdir ki, əmək pensiyaçı vəfat etdikdə dəfn üçün müavinət gələn ay 840 (280 manat X 3) manatdan 960 (320 manat X 3) manata yüksələcək. Bütövlükdə, hər iki istiqamətdə dəfn üçün müavinətin daha da artırılması müzakirə edilən məsələlərdəndir. Fiskal gəlirlərə uyğun olaraq bu istiqamətdə artımlar həyata keçirilir”, - deyə V.Bayramov əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ