Yumurta bahalaşıb

“Azərbaycana xarici ölkələrdən yumurta idxal olunması, bazarda yerli yumurta istehsalçılarının satışına təsir edir”.

 
Buta.media
-nın məlumatına görə, bunu Lent.az-a açıqlamasında Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəlyev deyib.
 
Onun sözlərinə görə, hazırda 26 quşçuluq müəssisəsi cəmiyyətin üzvüdür: “Broyler müəssisələrinin bir sıra çətinlikləri mövcuddur. Ən önəmli çətinlik isə quş yemlərinin bahalığı ilə bağlıdır. Quş yemləri çox baha qiymətə xarici ölkələrdən gətirildiyindən müəssisələr çətinlik çəkir. Bizim müəssisələr kifayət qədər məhsul istehsal edir və bazarı tam təmi edə bilər, amma xaricdən bazara daxil olan yumurta yerli istehsalın bazarına təsir edir”.
 
A.Vəliyev onu da qeyd edib ki, hazırda müəssisələrdə quş ətinin bir kq-nın ortalama qiyməti 3 manat 10 qəpik, yumurtanın bir ədədi isə 9 qəpikdən satılır.
 
Qeyd edək ki,  hazırda marketlərdə yumurtanın bir ədədi  11 qəpik, toyuq ətinin bir kiloqramı 3 manat 50 qəpik-3 manat 60 qəpik aralığında dəyişilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ