Rubl kəskin ucuzlaşır - Tarixi antirekord

Fevralın 28-də Moskva birajasında bir ABŞ dollarının məzənnəsi 100 rublu, avronun isə 113 rublu keçib.

Buta.media-nın xəbərinə görə, Bakı vaxtı ilə saat 12:25-ə olan məlumata görə, bir dollar 106,45, avro isə 119, 68 rubl təşkil edib.

Bundan əvvəl Rusiya Maliyyə Nazirliyi RF ixracatçılarının valyuta gəlirlərinin 80 faizinin məcburi satılması barədə qərar qəbul edib. Həmçinin məlum olub ki, Avropa İttifaqı kimi, Böyük Britaniya da, Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ