Gələn ilin dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat olacaq.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 367,6 milyon manat, 2024-cü ilə nisbətən 4,1% çox olacaq.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ