Bitkoinin qiyməti ilk dəfə 94 min dolları keçib.
Bu barədə birjaların məlumatında bildirilir.
Ticarət həcminə görə ən böyük kriptovalyuta birjası olan “Binance”də Bitkoin gün ərzində 1,88% bahalaşıb - 94 155,99 dollar olub. Daha əvvəl bu göstərici 94 300,61 dollar idi.
20-dən çox birjanın orta qiymətini hesablayan “CoinMarketCap” portalının məlumatına görə, bitkoinin dəyəri 1,77% artaraq orta hesabla 94 107,79 dollar olub.