Bitkoinin məzənnəsi ilk dəfə 80 min dolları keçib

Bitkoin kriptovalyutasının qiyməti noyabrın 10-da günortadan sonra 80.000 dollara çataraq yeni tarixi maksimumu müəyyənləşdirib.

Bu barədə “Binance” kriptovalyuta birjasının məlumatında bildirilir.

Qısa müddət sonra Bitkoin məzənnəsi bir qədər azalıb. Kriptovalyuta hazırda 79.500 dollar ətrafında ticarət edir. 

Bitkoin ABŞ prezident seçkiləri və kriptovalyutaları dəstəkləyən Donald Trampın qələbəsi gözləntiləri fonunda aktiv şəkildə bahalaşmağa başlayıb. ABŞ-da səslərin sayıldığı gecə Bitkoinin məzənnəsi ilk dəfə olaraq 75.000 dolları ötüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ