Azərbaycana 160 elektrik mühərrikli avtobus gətirilir

“İddialı layihələrdən biri də ictimai nəqliyyatın elektrikləşdirilməsidir”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat “ mövzusunda keçirilən paneldə deyib.

Nazir müavini bildirib ki, növbəti ay 160 belə avtobus gətiriləcək və təbii ki, növbəti aylarda bu rəqəm artacaq: 

“Həm dövlət, həm də özəl şirkətlər bu istiqamətdə işlər görür. Elektrik doldurma məntəqələrinin sayı da artacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ