Dünya bazarında “Azeri LT CIF” markalı xam neftin qiyməti 3,13 ABŞ dolları və ya 3,20 faiz artıb.
Buta.media xəbər verir ki, fevralın 17-də Azərbaycan neftinin bir barelinin qiyməti 100,76 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan nefti sonuncu dəfə 2014-cü ilin sentyabr ayında 100 ABŞ dollarından baha satılıb.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.