Gürcüstan Azərbaycandan benzin tədarükünü artıracağına ümid edir.
Bunu Gürcüstanın Neft Məhsulları İdxalçıları İttifaqının sədri Vaxtanq İobaşvili deyib.
“Azərbaycanda neft emalı zavodlarının modernləşdirilməsinin faktiki başa çatması ilə əlaqədar Gürcüstan tərəfi tədarükün artacağını gözləyir”, - V.İobaşvili bildirib.
Qeyd edək ki, Gürcüstanda Aİ-95 markalı benzinin orta qiyməti 3,16 lari (2,15 manat), Aİ-98 markalı benzinin orta qiyməti 3,62 lari (2,30 manat) təşkil edir. Dizel yanacağının qiyməti 3,32 lari (2,11 manat), maye qazın qiyməti isə 1,53 laridir (0,97 manat).