Azərbaycan nefti bahalaşdı - 98 dollar

Azərbaycan neftinin qiyməti bahalaşıb.

Buta.media xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,77 dollar artaraq 98,23 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 5-də (99,30) qeydə alınmışdı.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ