Hibrid avtomobillər ƏDV-dən azad olunur

Yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən azad olunacaq. ​

Bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə bildirilir. 

Layihəyə əsasən, elektromobillər həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək. 

Məcəlləyə dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ