Ələt Azad İqtisadi Zonasının ərazisində yeni hava limanı tikiləcək.
Bu barədə AzTV süjet hazırlayıb.
Müasir standartlara cavab verən beynəlxalq karqo hava limanının inşası üzrə işlərə artıq başlanılıb.
Aeroportun 2026-cı ilin birinci rübünə kimi fəaliyyətə başlayacağı gözlənilir.
Hava limanının illik yükaşırma gücü ilkin mərhələdə 500 000 ton, daha sonra isə 1,5 milyon tona qədər artacağı planlaşdırılır. Aeroportda, ilk növbədə, Azad İqtisadi Zonada fəaliyyət göstərən müəssisələrin yüklərinin daşınmasını təmin ediləcək.