Azərbaycanda su ehtiyatları kəskin azalıb

“COP29 dünya ölkələrinin yekdil qərarı ilə Bakıda keçiriləcək”.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: Problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

Sədr bildirib ki, dünyada baş verən qlobal iqlim dəyişikliklərinin su ehtiyatlarına mənfi təsiri getdikcə artmaqdadır:

“Azərbaycan su ehtiyatları olduqca məhdud olan ölkədir. 30 milyard kubmetr yerüstü su ehtiyatımız var. Son baş verən iqlim dəyişikliklərindən sonra bu ehtiyatımız kəskin azalıb, 2022-ci ildə cəmi 17 milyard kubmetr təşkil edib. Bunun da 4,8 milyard kubmetri daxildə formalaşıb, qalanı isə qonşu ölkələrdən daxil olub. Yeni su mənbələrinin yaradılması tələb olunur. Tullantı su təchizatlarının yaxşılaşdırılması bizim siyasətin prioritet istiqamətlərindəndir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ