Deputat Musa Qasımlı əhaliyə təbii qazla bağlı limitin qoyulmasınının aradan qaldılrmasını hökumətə təklif edib.
Buta.media-nın məlumatına görə, ölkə.az xəbər verir ki, bunu deputat Musa Qasımlı Parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, təbii qaza qoyulan limit narazıçılığa səbəb olub, hökumət bu problemin aradan qaldırılması məsələsinə baxsaydı yaxşı olardı.
Çıxışı zamanı təkliflərini irəli sürən M. Qasımlı təmsil etdiyi Yardımlı rayonuna yaxın kəndlərin təbii qazla təmin olunmasını təklif edib:
"Onların təbii qazla təmin olunması meşələrin qırılmasının qarşısını alacaq. Bundan başqa seçicilər qaza qoyulan limitin ləğvini istəyirlər”.