Azərbaycan bankları köhnə dollarları niyə almır? - açıqlama

Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda bəzi bankların köhnə dollarları götürməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

O, jurnalistlərə açıqlamasında bununla bağlı nə Mərkəzi Bankın, nə də bankların xüsusi yanaşmasının olduğunu bildirib.

“Köhnə və təzə dollar istehsal ilinə görə təsnifləşdirilir. 2006-cı ilə qədər və ondan sonra istehsal olunan bütün dollarlar dövriyyə olunur və qəbulunda problem yoxdur. Bu məsələni kimsə qaldırıb və əhali köhnə dolları götürməməyə başlayıb. Nəticədə banklarda köhnə dollar yığılır və bank onu xaricə göndərib komissiya ödəyərək təzə dollar gətirir. Burada hər hansı ciddi problem yoxdur”, - deyə sədr vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ