“Pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir”.
APA xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Hheyətinin sədri Himalay Məmişov 2023-cü ildə görülmüş işlərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək:
“Mütəmadi olaraq pensiyalar artırılır. Dövlət başçısının tapşırığında bu istiqamətdə mesaj var. Minimum pensiyanın bu il də artırılacağı gözlənilir”.