“Sabina” mağazalar şəbəkəsi bağlandı

“Sabina PerfumeryCosmetics” şirkəti ləğv olunub.

Bu barədə Dövlət Vergi Xidməti elan dərc edib.

Kreditorlar iki ay ərzində tələblərini Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 11 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Sabina P and C” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Quliyev Elmar Ramiz oğludur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ