Bank kartları ilə bağlı problem saatlardır davam edir - Rəsmi açıqlama

Bir neçə saatdır bəzi banklara məxsus kart əməliyyatlarında problem yaranıb. Müştərilər bildirir ki, kartlar işləmir, heç bir əməliyyat həyata keçirmək mümkün deyil.

Məsələ ilə bağlı “Azərikard” açıqlama yayıb:

“Azərikard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS-terminallarından və mobil tətbiqlərindən istifadə zamanı məhdudiyyətlər yaranıb.

Texniki xidmət göstərən şirkətlə birgə məsələ ilə bağlı tədbirlər görülür və problem tezliklə həll olunacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ