Azərbaycan 2023-cü ildə Ermənistanın hava məkanından Naxçıvan Muxtar Respublikasına və geriyə uçuşlar üçün 90 min avro ödəyib.
Bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi Sputnik Ermənistan-a məlumat verib.
“2023-cü ildə Azərbaycan aviaşirkətlərinin Ermənistanın hava məkanında aeronaviqasiya xidmətlərinin istifadəsindən əldə edilmiş gəlir 90 018,71 avro təşkil edib”, - məlumatda bildirilib.
“Azərbaycan Hava Yolları” (AZAL) 2021-ci il oktyabrın 6-dan Bakıdan Naxçıvana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
2022-ci ildə Azərbaycanın milli aviadaşıyıcısı AZAL eyni marşrut üzrə uçuşlar üçün Ermənistana təxminən 112 min avro ödəyib.