Anqola OPEC-dən çıxır

Anqola rəhbərliyi ölkənin Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmasını təsdiqləyib. Bu barədə yerli ANGOP xəbər agentliyi ölkənin mineral ehtiyatlar, neft və qaz naziri Diamantino Azevedonun bəyanatına istinadən məlumat yayıb.

Notada qərarın ölkə prezidenti Joao Lourensonun rəhbərliyi ilə respublika Nazirlər Şurasının iclasında qəbul edildiyi göstərilir.

Anqola yeni hasilat kvotalarını çox aşağı hesab etdikdən sonra təşkilatı tərk edəcəyi ilə xəbərdarlıq etmişdi. Ölkənin mövqeyi OPEC+ nazirlərinin Vyanada noyabrın 26-na planlaşdırılan, lakin yalnız noyabrın 30-da baş tutan görüşünün təxirə salınmasının səbəblərindən biri idi.

Nigeriya və Konqo da OPEC+ təşkilatının hasilatı azaltmaq planlarından şikayətlərini bildiriblər. Bundan əlavə, hasilatın aşağı salınması bazar iştirakçılarına qiymətləri dəstəkləmək üçün yetərsiz görünür.

“Reuters”in analitiki Klayd Rassel OPEC+ qərarını kartelin gücsüzlüyünün əlaməti adlandırıb. Onun fikrincə, azalma öhdəlikləri ilə bağlı olmayan digər bazar iştirakçıları tərəfindən kompensasiya edilə bilər.

Bunun fonunda sammitdən dərhal sonra neftin qiyməti aşağı düşüb. ABŞ-da istehsalın kəskin qalxması və ölkədəki kommersiya ehtiyatlarının artması bazarda xammal qıtlığı ilə bağlı bəyanatları şübhə altına alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ