“Bolt” qiymətləri artırdı

“Bolt” taksi şirkəti gediş qiymətini 10 faiz artırıb.

Bu barədə taksi sürücüləri məlumat veriblər. Onlar bildiriblər ki, dünəndən etibarən qiymətlər artırılıb.

“Bolt” Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib. Şirkətdən “Sputnik Azərbaycan”a bildirilib ki, 10 faizlik qiymət artımı bütün sifarişlərə şamil olunur.

Məlumat üçün bildirək ki, hazırda “Bolt” və digər taksi xidmətlərində minimal gediş haqqı 2.50 AZN-dir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ